Kor dolma

Bu dolma həm kələm, həm də üzüm yarpağından bişirilir. İçərisi isə ət yox, göyərti, düyü, ədvalar və xama ilə hazırlanır. El arasında buna “dəli dolma” da deyilir. Naxçıvan dialekt və şivələrində daha çox işlənməkdədir. Müasir Azərbaycan dilində “kor” sözü “gözü görməyən” mənasında işlənir. Lakin bu söz məcaziləşərək dilimizdə müəyyən anlamlar kəsb etmişdir: kor bulaq-gözsüz, axmayan, quruyan bulaq; kor yaddaş-yaddaşı itmiş adam və s. “Kor dolma” xörək adında “kor” leksemi “ətsiz” mənasında işlənmişdir. Təəssüflər olsun ki, Azərbaycan dilinin izahlı və dialektoloji lüğətlərində bu xörək adı qeydə alınmamışdır. Bununla yanaşı “ciyər dolması”, “bibər dolması” kimi xörək adlarının növbəti lüğətlərdə qeydə alınması olduqca vacibdir. Ətlə bişirilən dolma haqqında Güney Azərbaycan folklorunda bu atalar sözü də qeydə alınmışdır: “Dadanmısan dolmiyə, bəlkə bir gün olmiyə” (28, 129)
Kıyma
Kotlet
OBASTAN VİKİ
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Pip dolma
Pip dolması — Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2–4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
Kor Bayquş
Kor Bayquş (بوف کور: Buf-e kur) - İran yazıçısı Sadiq Hidayətin 1936-cı ildə nəşr etdiyi romandır. Kor Bayquş romanını Azərbaycan dilinə İlqar Əlfi tərcümə etmiş və 2015-ci ildə Xəzər jurnalında nəşr etmişdir. == "Süjet”, yaxud əvvəl hanı, son hanı? == Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır.
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Kor qışlaq
Kor qışlaq — coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7–8 ay qışlaqda qorunub saxlanır, otarılır. Qışlaqların təxminən 6 min illik yaşı var.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Kor qanun
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Kor həlqə sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Kor ilgək sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Kor məhəbbət (film, 2006)
Kor məhəbbət (Hind: फ़ना, Urdu: فناء, Rom: Fanaa) — Aamir Xan və Kajolun baş rollarda çəkildiyi 2006-cı il Bollivud filmidir. Filmin musiqi tərtibatçısı Jatin-Lalit, montaj rejissoru isə Ravi K. Chandran olmuşdur. == Süjet xətti == Zooni (Kajol) kor, lakin çox gözəl bir qızdır. Bir gün o, bələdçi Rehan (Aamir Khan) ilə tanış olur və ona aşiq olur. Gözündən əməliyyat olunarkən Rehanı itirir. O, Rehanın öldüyünü düşünür, lakin illər sonra bunun doğru olmadığını başa düşür. == Aktyorlar və rolları == Kacol ... Zooni Ali Beig Aamir Khan ... Rehan Qadri / Rehan Khan Rishi Kapoor ... Zulfikar Ali Beig Kirron Kher ...
Kor qanun (film, 1983)
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.